Terrorçunu zərərsizləşdirən mülki şəxs: “Üzündəki dəhşəti gördüm!”

saytların hazırlanması

Evə çatdırılma

Terrorçunu zərərsizləşdirən mülki şəxs: “Üzündəki dəhşəti gördüm!”

Dünya

23 Mart 2024 20:53 919


Moskvada, "Crocus City Hall"da hücumu həyata keçirənlərdən birini yalın əlləri ilə zərərsizləşdirən şəxs konsert zalında baş verənlərdən danışıb.

Yenisabah.az oxu.az-a istinadla xəbər verir ki, o, hadisə vaxtı "Crocus City Hall"da arvadı ilə birgə olub.

"Mən arvadıma baxdım və onun gözlərindəki dəhşəti gördüm. Başa düşdüm ki, nəsə etməliyəm. Bu zaman bizə yaxınlaşan terrorçu silahını yenidən doldurmağa başladı", - deyə hadisənin şahidi nəql edib. pizza mizza

O qeyd edib ki, düşünməyə bir neçə saniyəsi olub:

"Arvadımı itələdim və terrorçuya yaxınlaşdım, əlimlə avtomatı tutub aşağı çəkdim və sağ əlimlə onun başına vurmağa başladım. O, aşağı enməyə başladı. Sol əlimlə onun boynundan tutdum, eyni zamanda vurmağa davam etdim. Bu anda başqa bir iri bədənli kişi mənə tərəf qaçdı və o da terrorçuya güclü zərbə endirdi. Və biz onu nokaut etdik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!