Tiktoker “Xan” ilə bağlı məhkəmədən YENİ QƏRAR

saytların hazırlanması

Evə çatdırılma

Tiktoker “Xan” ilə bağlı məhkəmədən YENİ QƏRAR

Kriminal

09 Yanvar 2025 20:22 622


"TikTok" əməliyyatında həbs edilən "Xan" ləqəbli tiktoker Əsgər Əlizadə ev dustaqlığına buraxılmayıb.

Yenisabah.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində tiktokerin şikayətinə baxılıb.

Onun vəkili Yusif Seyfəlov bildirib ki, Nərimanov Rayon Məhkəməsinin müvəkkili barəsində çıxardığı 4 ay müddətinə həbs qətimkan tədbirindən narazıdır. Dördpendirli pizza

Daha sonra məhkəmə yekun qərarı elan edib.

Qərara əsasən, tiktokerin şikayəti təmin edilməyib və Nərimanov Rayon Məhkəməsinin onun barəsində çıxardığı qərar qüvvədə saxlanılıb.

Xatırladaq ki, "Xan" ləqəbli tiktoker Əsgər Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, "TikTok"da əxlaqsızlığın təbliğinə qarşı polis tərəfindən əməliyyat keçirilib. Saxlanılan şəxslər müxtəlif cinayətətlərdə təqsirləndirilirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!