“TikTok”u satmaq tələbi soyğunçuluqdur – Çin XİN

saytların hazırlanması

Evə çatdırılma

“TikTok”u satmaq tələbi soyğunçuluqdur – Çin XİN

Dünya

14 Mart 2024 16:45 614


ABŞ Konqresinin "TikTok"la bağlı hərəkətləri açıq-aşkar soyğunçuluqdur.

Yenisabah.az xəbər verir ki, bunu Çin XİN-in sözçüsü Van Venbin deyib.

Onun sözlərinə görə, Amerika tərəfi ədalətli rəqabət prinsiplərinə və beynəlxalq ticarət qaydalarına zidd hərəkət edir. Marqarita pizza

Venbin Birləşmiş Ştatların "TikTok"-un milli təhlükəsizliyə təhdid yaratdığına dair heç vaxt sübuta sahib olmadığını" açıqlayıb.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatası "TikTok"-a mümkün qadağanı dəstəkləyib. Qanunvericilər ByteDance operatoruna bu sosial şəbəkəni satmaq üçün 6 ay vaxt verib. Bundan sonra təşəbbüs baxılmaq üçün Senata göndəriləcək.

Amerika prezidenti Co Bayden daha əvvəl müvafiq qanun layihəsini imzalamağa hazır olduğunu açıqlamışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!