Toyda adam öldürən şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Toyda adam öldürən şəxs saxlanıldı

Kriminal

09 Sentyabr 2024 09:46 518


Sentyabrın 7-də saat 23 radələrində Ağdaş rayonu ərazisində yerləşən şadlıq evlərindən birinin qarşısında 1996-cı il təvəllüdlü İlkin İsgəndərlinin xəsarətlər alması, daha sonra həmin xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Ağdaş rayon prokurorluğundan Yenisabah.az-a verilən xəbərə görə, araşdırma zamanı 1970-ci il təvəllüdlü Qadir Məmmədovun aralarında yaranmış mübahisə zamanı İlkin İskəndərliyə kəsici-deşici alətlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun yerləşdirildiyi xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.  

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qadir Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.  pizza hut

İbtidai istintaq davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!