Donald Tramp İsrailin HƏMAS-a qarşı müdafiə müharibəsini dəstəkləsə də, buna son qoymağa çağırıb.
Yenisabah.az “İsrael Hayom”a istinadla xəbər verir ki, İsrail nəşrinə müsahibə Florida ştatının Palm Beach şəhərindəki şəxsi mülkü Mar-a-Laqoda baş tutub. Müsahiblər əsasən Qəzza zolağındakı müharibəni, Trampın tənqid etdiyi bu fonda ABŞ prezidenti Co Baydenin hərəkətlərini və siyasətçinin fikrincə, atılmalı olan növbəti addımları müzakirə ediblər.
“Müharibəyə son qoymalısınız. Buna son qoymaq lazımdır. Bunu etməlisən və əminəm ki, edəcəksən. Biz sülhə nail olmalıyıq. Bunun davam etməsinə icazə verə bilmərik”, - deyə Tramp vurğualyıb. Dominos pizza
Eks-prezidentin sözlərinə görə, İsrail çox diqqətli olmalıdır, çünki ölkə dünyanın əksər hissəsinin dəstəyini itirir:
“Siz bitirməli, işi bitirməli və sülhə doğru irəliləməlisiniz. Siz İsrail və hər kəs üçün normal həyatı davam etdirməlisiniz”.
Telegram kanalımız