Tramp qadınlar üçün təhlükəlidir - Baydenin xanımı 

saytların hazırlanması

Evə çatdırılma

Tramp qadınlar üçün təhlükəlidir - Baydenin xanımı 

Dünya

03 Mart 2024 11:15 578


ABŞ Prezidentinin həyat yoldaşı Cill Bayden bildirib ki, Birləşmiş Ştatların keçmiş lideri Donald Tramp qadınlar və ailələr üçün təhlükə yaradır. 

Bu barədə Yenisabah.az “The Hill” qəzetinə istinadən xəbər verir. 

"Donald Tramp qadınlar və ailələrimiz üçün təhlükəlidir". O, bütün həyatı boyu bizi məhv edib və varlığımızı dəyərsizləşdirir. O, qadınların bədənlərini ələ salır, nailiyyətlərimizə hörmət etmir, zorakılıqla öyünür", - ABŞ rəhbərinin həyat yoldaşı əlavə edib.  Dominos pizza

Qəzet qeyd edib ki, Cill Bayden bu bəyanatları Corciya ştatının Atlanta şəhərində qadınları Cozef Baydenin yenidən Prezident seçilməsini dəstəkləmək məqsədi daşıyan “Qadınlar Bayden uğrunda” kampaniyanın başlaması zamanı deyib. 

Seçki marafonunda Tramp da iştirak edir. Noyabrın 5-də keçiriləcək seçkilərdə onun Baydenə rəqib olacağı, demək olar, əvvəlcədən bilinən nəticə hesab olunur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!