“Trampdan fərqli olaraq....” - Baydendən Putinə xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

“Trampdan fərqli olaraq....” - Baydendən Putinə xəbərdarlıq

Siyasət

13 İyun 2021 17:40 1193


Vaşinqton ABŞ Prezidenti Co Bayden və Rusiya lideri Vladimir Putin arasındakı görüşdə keçmiş dövlət başçısı Donald Trampın nümayiş etdirdiyi mövqenin əksinə olaraq, sərtlik göstərəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

“Ağ Ev üçün bu görüşdən sonrakı əsas məsələ, Trampın Putinlə ilk görüşündən sonra göstərdiyi dostluq münasibətlərindən fərqli olaraq, Baydenin Rusiya liderinə sərt mövqe nümayiş etdirdiyini açıqlaması olacaq”, - məlumatda qeyd edilib. Dominos pizza

Bildirilib ki, Bayden ABŞ-ın müttəfiqləri ilə görüşlərdən sonra Cenevrəyə gələrək, Rusiyaya qarşı vahid cəbhə formalaşdırdığını nümayiş etdirəcək. Bundan əlavə, kanalın mütəxəssisləri Rusiya və Amerika liderlərinin birgə mətbuat konfransının Ağ Ev rəhbəri üçün “yüksək təhlükə anı” olacağını bildiriblər.

Mənbə danışıqların təkbətək aparılıb-aparılmayacağının hələ məlum olmadığını qeyd edib.

Xatırladaq ki, ABŞ və Rusiya liderlərinin görüşü iyunun 16-da Cenevrədə baş tutacaq./Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!