“Troya atı“ deyiləm“ - “Putinin adamı“ Le Pen

saytların hazırlanması

Evə çatdırılma

“Troya atı“ deyiləm“ - “Putinin adamı“ Le Pen

Dünya

12 Aprel 2022 14:49 1623


"Mən heç kimin "Troya atı" deyiləm".

Yenisabah.az "France Inter"ə istinadla xəbər verir ki, bunu ifrat sağçı Milli Ralli partiyasından Fransa prezidentliyinə namizəd Marin Le Pen deyib.

O, Rusiya prezidenti Vladimir Putinin “Troya atı” olmadığını, lakin mənfi nəticələrinə görə enerji sektorunda Rusiya Federasiyasına qarşı sanksiyalara qarşı çıxdığını bildirib.  pizza mizza

"Mən heç kimin "Troya atı" deyiləm. Mən sanksiyaların götürülməsinin tərəfdarı deyiləm. Enerji sektoruna aid olan sanksiyalara qarşıyam, çünki fransızların mənfi nəticələrlə üzləşməsini istəmirəm", - deyə Le Pen vurğulayıb.

Bundan əvvəl Fransa prezidentliyinə namizəd Rusiya Federasiyasından xammala qarşı sanksiyaların, eləcə də Rusiya qazı, nefti və kömürünün tədarükünə embarqo qoyulmasının əleyhinə olduğunu bildirmişdi.

Fransada prezident seçkilərinin birinci turu aprelin 10-da keçirilib. Fransa Daxili İşlər Nazirliyinin yekun məlumatlarına görə, ölkənin hazırkı prezidenti Emmanuel Makron 27,84%, Marin Le Pen 23,15% səs toplayıb.

İkinci tur aprelin 24-də baş tutacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!