Tural Abbaslının partiyası qeydiyyata alındı 

saytların hazırlanması

Evə çatdırılma

Tural Abbaslının partiyası qeydiyyata alındı 

Siyasət

04 Sentyabr 2023 12:55 426


Ədliyyə Nazirliyi AĞ Partiyanın yenidən təqdim etdiyi üzvlük siyahılarını yoxlayıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə partiyanın sədri Tural Abbaslı məlumat yayıb. 

Bildirilir ki, Nazirlik siyahıları təsdiq edib və partiyanı dövlət qeydiyyatına alıb. Bundan əvvəl partiyanın Ədliyyə Nazirliyinə təqdim etdiyi üzvlük siyahılarında çatışmazlıqlar aşkar edilmişdi.  Dominos pizza

Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb. 

Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!