Türkiyənin müdafiə naziri Hulusi Akar Brüsseldə Yunanıstanın müdafiə naziri Nikos Panayotopulos ilə görüşüb.
Yenisabah.az “Anadolu”ya istinadla xəbər verir ki, görüş NATO-nun Brüsseldəki mənzil-qərargahında NATO-nun müdafiə nazirlərinin “Müdafiə və çəkindirmə” mövzusunda keçirilən iclasından sonra baş tutub.
Görüş zamanı fikir ayrılıqlarının müzakirəsi, regionda mehriban qonşuluq münasibətlərinin qurulmasına, əməkdaşlığa, eləcə də gərginliyin azaldılmasına töhfə verəcək müsbət gündəmlə dialoqun davam etdirilməsi üçün açıq ünsiyyətin vacibliyi müzakirə edilib. pizza hut
Telegram kanalımız