Türkiyə Azərbaycanda hərbi baza yaradır?   - Ərdoğandan mühüm AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Azərbaycanda hərbi baza yaradır? - Ərdoğandan mühüm AÇIQLAMA

Siyasət

17 İyun 2021 19:19 3504


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan ərazisində Türkiyə hərbi bazasının yerləşdirilməsini mümkün sayır.

NTV xəbər verir ki, dövlət başçısı bunu Azərbaycan səfərindən qayıdarkən təyyarədə media nümayəndələrinə verdiyi açıqlamada bildirib.

Jurnalistlərdən biri Şuşa bəyannaməsində hərbi bazanın yaradılmasının nəzərdə tutulması ilə bağlı R.T.Ərdoğana sual ünvanlayıb. Dominos pizza

“İndi bu, açıqladığımız maddələrin xaricində deyil. Burada daha sonra artım, genişlənmə ola bilər. Hələlik, daha vacib olanı sərhədlərin təminat altına alınmasıdır.

Burada, xüsusən də hörmətli İlham Əliyevin Putinlə görüşləri, bizim görüşlərimiz prosesləri fərqli məcraya yönəldə bilər”, - deyə Türkiyə prezidenti cavab verib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!