Türkiyə ilə Qətər arasında 11 sənəd imzalandı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə ilə Qətər arasında 11 sənəd imzalandı

Dünya

05 Dekabr 2023 00:17 674


Ankara və Doha arasında müdafiə, beynəlxalq əlaqələr, siyasi məsləhətləşmələr, iqtisadiyyat və investisiya sahələri də daxil olmaqla, 11 saziş və əməkdaşlıq memorandumu imzalanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Qətərdə səfərdə olan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ofisi məlumat yayıb.

Ofisin məlumatına görə, Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə danışıqlar zamanı Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti müzakirə edib. pizza hut

“Həmçinin Qəzza zolağına humanitar yardımın çatdırılması üçün atılan addımlar, bunun üçün lazımi dəstək və hüquqi səylər ətrafında fikir mübadiləsi aparılıb”, - Türkiyə liderinin ofisi bildirib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!