“Türkiyə ilə Rusiyanın məqsədi Qarabağda sülh və sabitliyin dayanıqlı olmasıdır” - Çavuşoğlu

saytların hazırlanması

Evə çatdırılma

“Türkiyə ilə Rusiyanın məqsədi Qarabağda sülh və sabitliyin dayanıqlı olmasıdır” - Çavuşoğlu

Siyasət

30 İyun 2021 18:33 829


“Rusiyalı həmkarım Sergey Lavrovla ikitərəfli münasibətlərimiz barəsində ətraflı fikir mübadiləsi apardıq. İkitərəfli münasibətlərimizdə elə bir ciddi problem yoxdur”.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı S. Lavrovla birgə mətbuat konfransında deyib.

Türkiyə XİN başçısı ikitərəfli ticarət dövriyyəsinin genişləndirilməsinin zəruriliyini vurğulayıb. Sezar pizza

Pandemiya ilə mübarizədə Rusiya ilə əməkdaşlıq etdiklərini bildirən M. Çavuşoğlunun sözlərinə görə, “Sputnik V” peyvəndinin birgə istehsalı ilə bağlı iki ölkənin aidiyyəti qurumları tərəfindən müzakirələr aparılır.

O, Rusiya XİN başçısı ilə regional məsələləri - Suriya, Liviya, Əfqanıstan və Qarabağı müzakirə etdiyini də qeyd edib: “Məqsədimiz bu bölgələrdə sülh və sabitliyin dayanıqlı olmasıdır”./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!