Türkiyə insansız sualtı qayıqlar hazırlamağı planlaşdırır

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə insansız sualtı qayıqlar hazırlamağı planlaşdırır

Dünya

18 Mart 2024 23:00 642


“Biz bu yay İraqla sərhədin təhlükəsizliyini tam təmin edəcəyik. Suriyada yarımçıq qalan işimizi tamamlayacağıq”.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əsgərlərlə iftar yeməyində bildirib.

Onun sözlərinə görə, terror təşkilatlarına qarşı mübarizə davamlı və qətli şəkildə aparılacaq: Pepperoni pizza

“Biz ölmək, yox olmaq ərəfəsində olan bu müqaviləli qatil dəstələrinin yenidən çiçəklənməsinə və yenidən millətin başına bəla olmasına imkan verməyəcəyik. Məqsədimiz övladlarımıza terrorun qaranlıq kölgəsindən tamamilə azad, yolu və bəxti aydın olan Türkiyəni çatdırmaqdır”.

Ərdoğan əlavə edib ki, Türkiyə son illər müdafiə sənayesi sahəsində böyük uğurlar əldə edib: “Hazırda hədəf insansız sualtı qayıqlar hazırlamaqdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!