Türkiyə Ordusu PKK-ya məxsus sığınacaqları məhv etdi

Türkiyə Ordusu PKK-ya məxsus sığınacaqları məhv etdi

Dünya Veb saytların hazırlanması

01 Dekabr 2023 23:47 701


Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında hava əməliyyatı keçirib.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, hava əməliyyatı yerli vaxtla saat 18:30-da həyata keçirilib, İraqın şimalında Qara, Metina, Hakurk və Qəndil bölgələrində terrorçuların hədəflərinə zərbələr endirilib.

Qeyd olunub ki, Türkiyə vətəndaşlarının və sərhədlərinin təhlükəsizliyi, eləcə də terrorçular tərəfindən planlaşdırılan hücumların qarşısının alınması məqsədilə keçirilən əməliyyat zamanı terror təşkilatına məxsus 16 hədəf məhv edilib.

Bu hədəflərin içində təşkilatın məsul şəxslərinin olduğu bildirilir. Əməliyyat zamanı çox sayda terrorçu zərərsizləşdirilib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!