Türkiyə ordusunun doqquz əsgəri şəhid olub 

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə ordusunun doqquz əsgəri şəhid olub 

Dünya

13 Yanvar 2024 08:39 629


Yanvarın 12-də İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı 9 nəfərə çatıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Nazirlik qeyd edib ki, həkimlərin səyinə baxmayaraq, daha 1 yaralı hərbçi dünyasını dəyişib. Dominos pizza

Bölgədə əməliyyatlar davam edir. Türkiyə ordusu terrorçuların sığınacaq, daldalanacaq kimi istifadə etdikləri 29 mövqeyinə, mağaralara zərbələr endirib. Xeyli sayda terrorçu zərərsizləşdirilib.

Nazirlik həyatını itirən şəhidlərə Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!