Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dehlidə keçiriləcək 18-ci G20 liderlərinin zirvə toplantısında iştirak etmək üçün 8-10 sentyabr tarixlərində Hindistanda olacaq.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasından məlumat verilib.
Məlumata görə, G20 liderləri “Bir dünya, bir ailə, bir gələcək” şüarı altında keçiriləcək sammitin üç sessiyasında fikir mübadiləsi aparacaqlar. Dördpendirli pizza
Prezident Ərdoğanın G20 liderləri ilə görüşməsi, həmçinin sammitdə iştirak edən bəzi dövlət və hökumət başçıları ilə təmasları gözlənilir.
Telegram kanalımız