Türkiyə səfiri İraq XİN-ə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə səfiri İraq XİN-ə çağırıldı

Dünya

20 Aprel 2022 14:59 514


Türkiyənin İraqdakı səfiri Əli Rza Güney Türkiyəyə qarşı hərbi əməliyyatlara görə İraq Xarici İşlər Nazirliyinə çağırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Kurdistan.ru” məlumat yayıb.

“Çərşənbə axşamı, aprelin 19-da İraq Xarici İşlər Nazirliyi Ankaranın İraq Kürdüstanının sərhəd bölgəsində keçirdiyi son hərbi əməliyyata etiraz notası vermək üçün Türkiyənin səfiri Əli Rza Güneyi çağırıb”, - deyə məlumatda bildirilir. Toyuqlu pizza

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pençe-Kilit” əməliyyatının ilk mərhələsinə başlayıb.

Əməliyyat İraqdakı Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı yönəlib.

Xatırladaq ki, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar İraqın Metina, Zap və  Avaşin-Basyan bölgələrində hərbi əməliyyatın aprelin 18-nə keçən gecə aviasiya dəstəyi ilə başladığını bildirib.

İraq prezidenti Berham Salehin ofisindən verilən açıqlamada isə Türkiyənin İraqın şimalındakı əməliyyatın ölkənin milli təhlükəsizliyinə təhdid olduğu bildirilib.  
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!