Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrail prezidenti İshaq Hersoq Türkiyə-İsrail münasibətləri, eləcə də Məscidül-Əqsadakı hadisələrlə bağlı məsələləri müzakirə ediblər.
Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.
Erdoğan, Ramazan ayının əvvəlindən İordan çayının qərb sahilində yerləşən Məscidül-Əqsada, azyaşlılar da daxil olmaqla 18 fələstinlinin şəhid olduğu, 400-dən çox insanın yaralandığı hadisələrdən kədərləndiyini bildirib. pizza hut
Erdoğan Əl-Əqsa məscidi kompleksinin “statusuna və mənəviyyatına” qarşı təxribatların və təhdidlərin qarşısının alınmasının vacibliyini vurğulayıb.
Türkiyə və İsrail liderləri regional məsələlər və ikitərəfli münasibətlərin vəziyyəti barədə də fikir mübadiləsi aparıblar.
Cavad Salmanlı
Telegram kanalımız