“Türkiyə xalqı bu fəlakətin öhdəsindən tezliklə gələcək”

saytların hazırlanması

Evə çatdırılma

“Türkiyə xalqı bu fəlakətin öhdəsindən tezliklə gələcək”

Siyasət

31 İyul 2021 22:55 1082


“Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları dövlətimizi, xalqımızı  dərindən kədərləndirir, hər bir Azərbaycan vətəndaşı hadisənin gedişini izləyir, narahatlıqlarını ifadə edir.  Bu, onu göstərir ki, yalnız   dövlətlərimiz, ölkə başçıları deyil, sadə vətəndaşlarımız da bir-birilərinin yanındadır, bir-birinə   dəstəkdirlər”.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

O, deyib ki, yanğında həyatını itirən insanlar var. Yanğın qardaş ölkəyə genişmiqyaslı maddi və mənəvi zərər vurub. Hadisənin törətdiyi fəsadların miqyası genişdir.  Dördpendirli pizza

“Dövlət başçısı  İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana bununla bağlı məktub ünvanlanması, həmçinin  ölkə Prezidentinin  tapşırığına müvafiq olaraq, Fövqəladə Hallar Nazirliyinin  şəxsi heyətinin, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatların  Türkiyəyə göndərilməsi  qardaşlığımızın daha bir təcəssümüdür. 

Qardaş ölkəyə dəstək məqsədilə göndərilən Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin  dəstələri hazırda Türkiyənin Dalaman, Marmaris və yanğın baş verən digər bölgələrindədirlər.  Prezident İlham Əliyev iyulun 30-da Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı  məktubda bu əminliyi də ifadə edir ki, Sizin rəhbərliyiniz altında hökumətinizin atdığı qətiyyətli addımlar sayəsində əzmli və mübariz Türkiyə xalqı bu fəlakətin öhdəsindən tezliklə gələcək”.  

Diqqəti  2020-ci ilin yanvarında  Elazığın Sivrice bölgəsində və   2011-ci ilin oktyabrında  Türkiyənin Van şəhərində  baş verən zəlzələlərə yönəldən V.Rəhimzadə Azərbaycanın o  zamanlarda da  dərhal Türkiyənin yanında olduğunu vurgulayıb. Baş redaktor onu da əlavə edib ki,  qardaş Türkiyə ilə yanaşı, digər dövlətlərə də  çətin anlarda dəstəyini əsirgəməyən Azərbaycan bununla həm də özünün qeyd etdiyi kimi, yaxşı dostun  dar gündə tanındığını nümayiş etdirir.

“Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır” söyləyən Vüqar Rəhimzadə bildirib ki,  Türkiyə rəsmilərinin, tarixçilərinin də təsdiqlədikləri  kimi,  Şuşa Bəyannaməsi  ilə “Bir millət, iki dövlət” rəsmi olaraq yola çıxdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!