Türkiyə XİN: Ermənistandakı seçkilərin Cənubi Qafqazda sülh və sabitliyə səbəb olmasını istəyirik

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə XİN: Ermənistandakı seçkilərin Cənubi Qafqazda sülh və sabitliyə səbəb olmasını istəyirik

Siyasət

25 İyun 2021 18:30 771


“2010-cu ildə Türkiyə ilə Azərbaycan arasında Strateji Əməkdaşlıq Sazişi imzalanıb. Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi ilə biz bunu daha da irəli apardıq”.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Tanju Bilgiç deyib.

O bildirib ki, Türkiyə Ermənistanda iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkilərinin Cənubi Qafqazda sülh və sabitliyə səbəb olmasını istəyir. Sezar pizza

XİN rəsmisinin sözlərinə görə, regional layihələrdən kənarda qalmağın ən böyük zərərini Ermənistanın özü görüb.

“Ermənistanda formalaşacaq yeni hökumətin müsbət bir gündəm ələ almasını və regional əməkdaşlıqda yerini almasını arzu edirik. Türkiyə Prezidenti də Azərbaycana son səfərində bildirdi ki, yaxşı niyyət gördüyümüz təqdirdə biz də eyni şəkildə qarşılıq verəcəyik”, - deyə T. Bilgiç qeyd edib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!