Türkiyə Yunanıstana nota verdi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə Yunanıstana nota verdi

Siyasət

13 İyul 2021 21:57 1227


Yunanıstanın Ankaradakı səfiri Mixail Xristos Diamesis Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata əsasən, yunan səlahiyyətlilərinin “Olimpiakos” ilə hazırlıq matçı üçün Afinaya yola düşən “Qalatasaray” klubunun üzvlərinə qarşı şəhər aeroportunda sərt rəftar Türkiyə tərəfinin ciddi narazılığına səbəb olub. Pepperoni pizza

Səfirə təqdim edilən etiraz notasında bu davranışın idman qaydalarına zidd və dostluqdan uzaq olduğu bildirilib.

Həmçinin, gələcəkdə analoji halların təkrarlanmaması üçün lazımi tədbirlərin görülməsi tələb edilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!