Türkiyədə hərbi təyyarə qəzaya uğradı: Ölən var 

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə hərbi təyyarə qəzaya uğradı: Ölən var 

Dünya

14 Mart 2024 16:26 570


Türkiyənin Konya şəhərində NF-5 tipli təlim təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb. 

BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 12.51-də baş verib.

Təyyarədən paraşütlə tullanaraq sağ qalan pilot xəstəxanaya göndərilib. Dördpendirli pizza

Türkiyə Milli Müdafiə Nazirliyi Konyada təlim uçuşu zamanı Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğradığı ərazidə uçuş-enmə zolağı təmiri işləri aparan şəxsi heyətdən bir nəfərin şəhid olduğunu açıqlayıb.

Qeyd edək ki, təlim təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələrinin "Türk ulduzları" pilotaj qrupuna məxsus olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!