Bu gün Türkiyədə keçirilən bələdiyyə seçkilərində növbəti bədbəxt hadisə baş verib. Müxalif Cümhuriyyət Xalq Partiyasından bələdiyyə məclisinə namizəd olan Hüseyn Çakır seçki məntəqəsində dünyasını dəyişib. Onun keçirdiyi infarkt nəticəsində həyatını itirdiyi bildiirlir.
Yenisabah.az "Sözcü" qəzetinə istinadən xəbər verir ki, mərhum Hüseyn Çakır Zonquldakın Qaradəniz Ereğli rayonunda bələdiyyə məclisinə namizəd olub. 59 yaşlı namizədin halı qəfildən pisləşib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Bu gün daha bir bədbəxt hadisə Türkiyənin Yozqat vilayətində baş verib. Yozqatın Lök kənd sakini Mustafa İldiş seçki məntəqəsində qəfildən ölüb. Seçki bülletenini alan 76 yaşlı Mustafa İldişin səsvermə sırasında ürəktutmasından dünyasını dəyişdiyi bildirilir. Pepperoni pizza
Nazim HACIYEV
Telegram kanalımız