Türkiyədən İsrail kəşfiyyatına xəbərdarlıq: Bunun nəticələri ağır olacaq

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədən İsrail kəşfiyyatına xəbərdarlıq: Bunun nəticələri ağır olacaq

Dünya

05 Dekabr 2023 10:24 662


Türkiyə İsrail kəşfiyyatına xəbərdarlıq edib. 

Yenisabah.az xəbər verir ki, Amerikanın Wall Street Journal qəzeti İsrailin Fələstindən kənarda yaşayan Həmas üzvlərinə qarşı sui-qəsd planları hazırladığını yazıb. 

Xəbərdə İsrail kəşfiyyat bölmələrinin Livan, Türkiyə və Qətərdəki Həmas üzvlərini hədəf alacağı iddia edilib.  Marqarita pizza

İsrailin daxili kəşfiyyat agentliyinin Şin-Bet (Şabak) direktoru Ronen Bar, İsrail dövlət televiziyası KAN-da yayımlanan səsyazmasında bildirib ki, onlar illər keçsə belə, Qətər, Türkiyə və Livan da daxil olmaqla bütün dünyada HƏMAS liderlərini öldürməkdə qərarlıdırlar. 

İsrailin Türkiyə də daxil olmaqla Fələstindən kənarda yaşayan HƏMAS üzvlərini hədəf alacağı xəbərindən sonra Anadolu agentliyi İsrail kəşfiyyat orqanlarına onların Türkiyədəki qeyri-qanuni fəaliyyətlərinin ciddi nəticələr verəcəyi barədə məlumat verildiyini açıqlayıb. 

AYTAC 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!