Türkiyəli deputatlar Qarabağa gələcək

saytların hazırlanması

Evə çatdırılma

Türkiyəli deputatlar Qarabağa gələcək

Siyasət

10 İyun 2021 17:44 825


Türkiyəli həmkarlarımızı Bakıya dəvət etdik. Mərhələli şəkildə növbəti dəfə Qarabağa səfər edəcəyik.

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupuna daxil olan deputat Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, azərbaycanlı deputatların Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanla görüşü iki ölkə üçün gələcək planların həyata keçirilməsində mühim rol oynayacaq: pizza

“Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan bizi qəbul etdi. Görüş zamanı iki ölkə arasında münasibətləri müzakirə etdik. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərliyi ilə Türkiyə Böyük Millət Məclisində iki ölkənin parlamentlərinin müvafiq komissiyaları arasındakı münasibətlərdən, əlaqələrin inkişafından və gələcək planlardan danışdıq. Qardaş ölkə Türkiyənin qanunvericiliyinin necə qəbul edildiyininin şahidi olduq”.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!