Türkiyənin PUA istehsalçısı olan şirkətində casus?

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin PUA istehsalçısı olan şirkətində casus?

Dünya

23 Noyabr 2023 10:06 671


Türkiyənin dünyaca məşhur pilotsuz təyyarə istehsalçısı “Baykar”da işləyən təcrübəçi mühəndis Bazar ertəsi şirkətin İstanbuldakı fabrikindən çıxarkən 4 hard disk oğurlamağa cəhd ilə yaxalanıb.

Yenisabah.az “Patronlar Dünyası”na istinadla xəbər verir ki, obyektlərdə işləyən mühəndis texnoloji sirləri ehtiva edən kompüterin içərisindəki 4 ədəd sabit (hard) diski çıxararkən onu müşahidə edən təhlükəsizlik işçiləri şübhəlini cinayət başında yaxalayıb.

“Bayraktar TB2” və “Akıncı” PUA-ları ilə bağlı sənaye sirlərini oğurlamağa çalışan 20 yaşlı Ahmet C-dir. pizza sifarişi

Şirkətdə cəmi 2 iki aydır işləyən Ahmet C.diskləri satmaq üçün oğurlamaq istədiyini deyib.

Xatırladaq ki, “Baykar”, NATO ölkələri də daxil olmaqla, 1,2 milyard dollarlıq ixracat həyata keçirib. Hazırda şirkət “Qızılelma” adlı pilotsuz döyüş təyyarəsi hazırlayır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!