İranın Neft, Qaz və Neft-Kimya İxracatçıları Assosiasiyasının İdarə Heyətinin rəhbəri Həmid Hüseyni İraq və Türkiyəyə təbii qaz ixracının gündəlik 46 milyon kubmetr azaldığını bildirib.
Yenisabah.az “Finacial Tribune”a istinadla xəbər verir ki, o, görünməmiş soyuq və daxili qaz istehlakının əhəmiyyətli artması ilə İran Milli Qaz Şirkətinin ixracı ən azı 75% azaltmağa məcbur olduğunu deyib.
H. Hüseyni bildirib: "Assosiasiya ilə iki qonşu ölkə arasında bağlanmış müqavilələrə əsasən, İraq və Türkiyəyə təxminən gündəlik 60 milyon kubmetr qaz satılmalıdır. Amma hazırda bu rəqəm 14 milyon kubmetrdən azdır. Hər iki qonşu əhəmiyyətli ixtisarlardan narazılıqlarını ifadə etsə də, şirkətin başqa seçimi yox idi və qış günlərində ixracı ilk dəfə azaldılmır".
Telegram kanalımız