Türkmənistan prezidenti Serdar Berdıməhəmmədov əhalini ərzaqla təmin etmək üçün 300 milyon dollar ayırmaq qərarına gəlib.
Yenisabah.az ölkənin Dövlət Xəbər Agentliyinə istinadla xəbər verir ki, prezident bu qərarı Nazirlər Kabinetinin və Dövlət Təhlükəsizlik Şurasının 2022-ci ilin 5 ayı üzrə milli iqtisadiyyatın sektorlarının işinin yekunlarına yekun vurulan birgə genişləndirilmiş iclasında bildirib.
Hökumətin iclasında ölkənin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, kifayət qədər ərzaq ehtiyatının yaradılması və daxili bazarlarda ərzaq məhsullarının bolluğunun saxlanılması istiqamətində görülən tədbirlər barədə maliyyə-iqtisadiyyat sahəsinə cavabdeh olan Baş nazirin müavini Məhəmmədqulu Məhəmmədov məlumat verib. pizza mizza
Baş nazirin müavini bu kontekstdə əhalinin ərzaq məhsulları ilə fasiləsiz və optimal təminatı üçün müvafiq strukturlara vəsait ayrılmasını təklif edib. Bu istiqamətdə qarşıya qoyulan vəzifələrin icrası üçün 2023-cü il dövlət büdcəsində də kifayət qədər maliyyə vəsaitinin nəzərdə tutulması nəzərdə tutulur.
Təqdim olunan təklifləri bəyənən Berdıməhəmmədov qeyd edib ki, ölkənin ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə sahibkarlara dəstək olaraq 150 milyon dollar, o cümlədən Ticarət və Xarici İqtisadi Əlaqələr Nazirliyinə zəruri ərzaq məhsullarının alınması üçün 150 milyon dollar ayırmaq qərarına gəlib.
Telegram kanalımız