Türkmənistanda botoks qadağan olunub.
Yenisabah.az xəbər verir ki, Türkmənistan polisi gözəllik salonlarına bir-bir baş çəkərək qadınlara botoks və dodaq döyməsi xidmətlərinin qadağan edildiyini bildirir.
“Polisin xəbərdarlığına əsasən botoks tətbiqi, üzdəki qırışların hamarlanması, kirpiklərin uzadılması, dodaqların böyüdülməsi və saxta dırnaqların istifadəsi kimi xidmətlərin göstərilməsinə qadağa qoyulub”, - deyə gözəllik salonlarından birinin əməkdaşı bildirib. pizza sifarişi
Qadağaları pozan salon sahiblərini və müştəriləri cərimələrlə yanaşı, 15 sutka həbs də gözləyir.
Xatırladaq ki, keçən ay Türkmənistanda prezident seçkisi keçirilib, sabiq prezident Qurbanqulu Berdıməhəmmədovun oğlu Sərdar Berdıməhəmmədov dövlət başçısı seçilib.
Telegram kanalımız