Türkmənistanda çox çörək alanları həbs edəcəklər

saytların hazırlanması

Evə çatdırılma

Türkmənistanda çox çörək alanları həbs edəcəklər

Dünya

23 Aprel 2022 09:07 1003


Türkmənistanda onlara verilmiş kartlardakı normadan artıq çörək alanları həbs edəcəklər.

Polis artıq Aşqabadda və başqa şəhərlərdə ərzaq mağazalarındakı növbələri nəzarətə götürüb. Polis bu növbələrin şəkillərini çəkir və normadan artıq çörək alanları müəyyənləşdirir.

Türkmənistan hökuməti bildirib ki, kartlarındakı normadan artıq çörək alanlar 15 sutkalıq həbs oluna bilərlər. Müşahidəçilər bildirirlər ki, Türkmənsitan hökuməti ölkənin zəngin təbii sərvətlərinə baxmayaraq tüğyan edən yoxsulluqla mübarizədə ərzaq rasionunu azaltmaq siyasəti yürüdür. pizza sifarişi

Türkmənistanda adamlar subsidiyalı qiymətlərlə çörək almaq üçün səhər saat 5-dən dövlət mağazalarında uzun növbələrdə dururlar. Bazar və çörəkbişirmə sexlərində çörək dövlət mağazalarında olduğundan 10 dəfə bahadır.

Fevral ayında Türkmənistan polisi uşaqlar da daxil, normadan artıq çörək alanları saxlayır, amma sonra sərbəst buraxırdı. Çörək norması regiondan regiona fərqlənir, amma orta hesabla hər ailəyə günə üç çörək düşür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!