TÜRKPA Qarabağdakı qondarma “prezident seçkiləri”ni pislədi

saytların hazırlanması

Evə çatdırılma

TÜRKPA Qarabağdakı qondarma “prezident seçkiləri”ni pislədi

Siyasət

10 Sentyabr 2023 00:19 522


Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) Katibliyi 9 sentyabr 2023-cü il tarixində Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təşkil etdiyi qondarma “prezident seçkiləri”ni qətiyyətlə pisləyir.

Yenisabah.az xəbər verir ki, bu barədə TÜRKPA məlumat yayıb.

"Bu təxribat xarakterli addım beynəlxalq hüququn norma və prinsiplərinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasının və qanunvericiliyinin kobud şəkildə pozulması ilə yanaşı, regionda sülh və sabitlik, Qarabağ bölgəsinin erməniəsilli sakinlərinin reinteqrasiyası səylərinə zərbədir. Toyuqlu pizza

TÜRKPA Katibliyi qardaş Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına ən güclü dəstəyini bir daha vurğulayaraq, regionda normallaşma səylərinə təhlükə yarada biləcək hər hansı addımdan çəkinməyə çağırır" - bəyanatda deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!