Tusk “Tvitter”də azərbaycanca paylaşım etdi

saytların hazırlanması

Evə çatdırılma

Tusk “Tvitter”də azərbaycanca paylaşım etdi

Siyasət

09 İyul 2019 15:56 1214


Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Azərbaycanda rəsmi səfərdədir.

"Yeni Sabah" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Tusk Prezident İlham Əliyevlə görüşüb, fikir mübadiləsi aparıb.

O, dövlət başçısı ilə fotosunu şəxsi tvitter hesabında paylaşaraq bu sözləri yazıb:

“Azərbaycan adət-ənənələri və müasirliyi özündə cəmləşdirən, şərqi və qərbi əks etdirən təkrarolunmaz bir ölkədir. İldən-ilə Aİ və Azərbaycan bir-birinə daha da yaxınlaşır. Bu gün, mən Aİ-nin əməkdaşlığımızı daha da dərinləşdirməyə hazır olduğunu bir daha vurğuladım”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!