UEFA FIFA-nın Florian Baloqun barədə qərarı ilə bağlı rəsmi bəyanat yayıb.
“Yeni Sabah” xəbər verir ki, qurum FIFA-nın qərarını sərt tənqid edib:
"Dünənki qərar qırmızı xətti keçdi. Futbol da digər bütün idman növləri kimi ədalətli, dürüst və şəffaf rəqabətin təməlini qoyan qaydalara əsaslanır. Bəzən qaydalar şərhə açıq ola bilər, lakin bu vəziyyətdə elə deyil. Qırmızı vərəqədən sonra gələn ən azı bir oyunluq avtomatik cəza istəyə bağlı seçim deyil və icrası üçün hər hansı bir qurumun qərarına ehtiyac yoxdur. pizza sifarişi
Futbol dünyanın ən çox sevilən idman növüdür. Dünyanın hər yerində eyni qaydalarla oynanıldığı üçün insanlara güvən verir. Heç bir turnir tamamilə müstəqil deyil və söhbət Dünya Kubokundan gedirsə, bu, oyunun bütünü üzərində müsbət və ya mənfi nəticələr doğurmaq gücünə malikdir.
Tarixdə görünməmiş, idrakı aşan və heç bir şəkildə bəraət qazandırıla bilməyəcək bu qərar qarşısında duyduğumuz təəccüb və şoku ifadə edirik".
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp FIFA prezidenti Canni İnfantinodan ABŞ hücumçusu Folarin Baloqunun Bosniya və Herseqovina ilə oyunda aldığı qırmızı vərəqəni ləğv edilməsini şəxsən xahiş edib. Nəticədə 1962-ci ildən bəri ilk dəfə Dünya Kubokunda qırmızı vərəqə cəzası ləğv edilib.
Telegram kanalımız