"Rusiya "xüsusi hərbi əməliyyat"ı başlayandan bəri Ukrayna artıq 130 təyyarə və 103 helikopter, həmçinin 244 zenit-raket kompleksi itirib".
Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov bildirib.
O əlavə edib ki, 447 PUA, 2169 tank və digər zirehli döyüş maşını, 243 reaktiv yaylım atəşi sistemi, 931 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2076 ədəd xüsusi təyinatlı hərbi texnika da məhv edilib. pizza
Telegram kanalımız