Ukrayna Atom Enerjisi Təşkilatı: “Rusiya hərbçiləri 11 əməkdaşımızı oğurlayıb“ 

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Atom Enerjisi Təşkilatı: “Rusiya hərbçiləri 11 əməkdaşımızı oğurlayıb“ 

Dünya

08 İyun 2022 14:24 912


"Rusiya hərbçiləri son bir həftə ərzində Ukraynanın Zaporoje vilayətinin Enerqodar şəhərinin 20-yə yaxın sakinini oğurlayıblar”. 

“Report” RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Atom Enerjisi Təşkiları açıqlama yayıb.

Məlumata görə, oğurlananlardan 11-i Zaporoje Atom Elektrik Stansiyasının əməkdaşıdır. Sezar pizza

“Müvəqqəti olaraq işğal altında olan Enerqodar şəhərində Rusiya işğalçılarının yerli sakinləri oğurlaması davam edir. Son bir həftə ərzində Zaporoje Atom Elektrik Stansiyasının 11 əməkdaşı olmaqla şəhərin 20 dinc sakinini oğurlayıblar. Onların yeri hələ də məlum deyil”, - açıqlamada qeyd olunub.

Bildirilib ki, Rusiya hərbçiləri Enerqodarı ələ keçirərək nəzarət etdikləri üç ay ərzində dinc sakinlərə təzyiqləri artırır: “Şəhərdə cinayətkarlıq artıb. Şəxsi avtomobillər oğurlanır, mənzillər qarət olunur. Demək olar ki, internet əlaqəsi yoxdur. Bu günlərədə Rusiya işğalçıları Zaporoje AES-in enerji-təmir bölməsinin əməkdaşı Sergey Şvetsin evinə soxularaq onu avtomat silahı ilə güllələyiblər”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!