Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 262 uşaq ölüb, 467-dən çox uşaq güllə və qəlpə yarası alıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Rusiyanın Ukraynaya fevralın 24-dən davam edən hücumu nəticəsində 730-dan çox uşaq xəsarət alıb. O cümlədən Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində və Sumı, Jitomir şəhərlərində bombardmanları nəticəsində şəhər və kəndlərdə 1 940 təhsil müəssisəsinə ziyan dəyib, 184-ü isə tamamilə dağıdılıb. Dördpendirli pizza
Prokurorluq qeyd edib ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.
Telegram kanalımız