Ukrayna kəşfiyyatı: Terrorda iştirakımız iddiası cəfəngiyatdır

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna kəşfiyyatı: Terrorda iştirakımız iddiası cəfəngiyatdır

Dünya

23 Mart 2024 18:01 621


Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) "Crocus City Hall" konsert zalında törədilən terror aktında əli olması ilə bağlı ittihamlarını rədd edib.

Yenisabah.az RBC-Ukraina-ya istinadla xəbər verir ki, idarənin nümayəndəsi Andrey Yusov bununla bağlı bildirib:

“Bu xüsusi bəyanat və iddia, əlbəttə, cəfəngiyatdır. FSB-nin bəyanatları ya açıq-aşkar cahillər, ya da zombiləşdirilmiş Rusiya əhalisi üçün nəzərdə tutulub. Terrorçuların 2 ildən artıq müddətdir genişmiqyaslı işğal altında və hazırda təhlükəsizlik qüvvələri, xüsusi xidmət orqanları və hərbçilərin nəzarətində olan əraziyə, sərhəd bölgələrinə doğru qaçdığını təsəvvür etmək ağlabatan deyil və bunun şərhə ehtiyacı yoxdur”. Dominos pizza

Yusovun sözlərinə görə, FSB-nin ittihamı “yalan və Rusiya rejimi tərəfindən Ukraynanın izini çəkmək cəhdidir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!