Ukrayna limanında gəmi batdı

Ukrayna limanında gəmi batdı

Dünya

05 Fevral 2023 13:55 482


Ukraynanın Reni limanında (Odessa vilayəti) göyərtəsində 860 ton buğda olan Rumıniyaya məxsus barja batıb.

Yenisabah.az “ProTV”yə istinadla xəbər verir ki, məlumatı gəmi sahibi yayıb.

Onun sözlərinə görə, yükləmə zamanı maşın otağına su dolmağa başlayıb. Beş rumıniyalı dənizçi xilas olub. Hadisənin səbəbləri hələlik məlum deyil.

Barja baş ofisi Konstansada yerləşən Rumıniya şirkətinə məxsusdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!