Ukrayna MN: “Mariupolda kimyəvi silahdan istifadə faktı araşdırılır“

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna MN: “Mariupolda kimyəvi silahdan istifadə faktı araşdırılır“

Dünya

12 Aprel 2022 13:04 604


"Mariupolda kimyəvi silahdan istifadə faktı araşdırılır". 

“Report” “RBC Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

“Rusiyanın fosfor silahından istifadə etməsi mümkündür. Kimyəvi riskdən istifadə riski kifayət qədər yüksəkdir. Hələlik isə biz məlumatları dəqiqləşdiririk”, - o bildirib. Dördpendirli pizza

Xatırladaq ki, dünən rus işğalçılarının Mariupola naməlum zəhərli maddə atdıqları barədə məlumat yayılmışdı. Bundan sonra "Azov" alayının yaradıcısı Andrey Biletski Rusiya ordusunun kimyəvi silahdan istifadə etməsi nəticəsində "Azov"un üç döyüşçüsünün yaralandığını bildirib. Onun sözlərinə görə, zərərçəkənlərin vəziyyəti qənaətbəxşdir. Sonra Prezident Volodimir Zelenski Mariupoldakı vəziyyəti şərh edərək Qərbin kimyəvi silahdan istifadəyə daha sərt cavab verəcəyini vəd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!