Ukrayna Prezident Ofisi: Terror aktı ilə əlaqəmiz yoxdur

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Prezident Ofisi: Terror aktı ilə əlaqəmiz yoxdur

Dünya

23 Mart 2024 00:19 605


Rusiyanın Moskva vilayətində baş vermiş terror aktı ilə bağlı əlaqəmiz yoxdur.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak sosial şəbəkədə yazıb.

“Ukrayna heç vaxt terror metodlarına müraciət etməyib. Bu həmişə mənasızdır”, – o qeyd edib. Marqarita pizza

Onun sözlərinə görə, Rusiya Ukrayna ilə müharibədə terror hücumlarına müraciət edir, hətta keçmişdə “antiterror tədbirləri” adı altında “öz vətəndaşlarına həmlələr edib”.

Xatırladaq ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş terror aktında 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!