Ukrayna rəhbərliyinə qarşı sui-qəsdin qarşısı alındı

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna rəhbərliyinə qarşı sui-qəsdin qarşısı alındı

Dünya

15 İyun 2022 20:46 1068


Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ölkə rəhbərliyinə qarşı hazırlanan terror aktının qarşısını alıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müavini Yevgeni Yenin məlumat verib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları mülki əhalidən müxtəlif şübhəli şəxslər haqqında məlumat alır və bu, əks-təxribat fəaliyyətinin həyata keçirilməsinə kömək edir. Sezar pizza

“Və məhz əməliyyat mənbələrimizdən alınan məlumatlar sayəsində biz dövlətimizin rəhbərliyinə qarşı terror aktının qarşısını ala bildik. Qələbədən sonra isə bu barədə daha çox şey söyləmək olar”, - deyə Yenin bildirib.

Xatırladaq ki, bir müddət öncə “The Times” nəşri Rusiyanın genişmiqyaslı hərbi müdaxilənin başlamasından sonra Ukrayna prezidenti Volodimir Zelenskiyə üç sui-qəsd cəhdindən bəhs edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!