Ukraynanın Baş naziri Denis Şmıxal, maliyyə naziri Sergi Marçenko, Ukrayna Milli Bankının rəhbəri Kirill Şevçenko və bir sıra digər rəsmi şəxslər gələn həftə ABŞ-a səfər edəcəklər.
Yenisabah.az “Reuters”ə istinadla xəbər verir ki, səfər çərçivəsində Ukrayna nümayəndə heyətinin üzvləri G7-yə üzv ölkələrin maliyyə qurumlarının nümayəndələri ilə görüşəcəklər.
Bundan əlavə, onlar aprelin 21-də Dünya Bankının təşkil etdiyi və Ukraynada baş verənlərə həsr olunmuş diskussiyada iştirak edəcəklər. pizza hut
Danışıqların yekunlarına əsasən Beynəlxalq Valyuta Fondu qlobal iqtisadi artımla bağlı proqnozlarını dəyişə bilər.
Telegram kanalımız