Ukrayna rəsmisi: “Putin Lukaşenkonu yenə dilə tutacaq“

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna rəsmisi: “Putin Lukaşenkonu yenə dilə tutacaq“

Dünya

22 İyun 2022 12:09 925


“Hazırda Belarus sərhədində qoşunların cəmləşməsi ərazilərimizə yeni təcavüzü təşkil etmək üçün kifayət etmir”.

Yenisabah.az xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib.

O qeyd edib ki, Belarusdan olan 4000-ə yaxın hərbçi Ukrayna sərhədi yaxınlığındadır: Dominos pizza

“Kiyev, Çerniqiv və ya Ukraynanın digər ərazilərinə soxulmaq cəhdlərindən danışsaq, bu rəqəm kifayət deyil”.

Denisenko qeyd edib ki, bu gün, iyunun 22-də Rusiya prezidenti Vladimir Putin və Aleksandr Lukaşenko Minskdə görüşəcəklər.

Nazir müşaviri istisna etmir ki, məhz bu görüşdə Putin Lukaşenkonu öz ordusundan Rusiyaya kömək etmək üçün istifadə etməyə razı salmağa çalışacaq. Denisenko Lukaşenkonun ona qarşı çıxacağına əmindir:

"Xoşbəxtlikdən, Belarus tərəfdən genişmiqyaslı hücumun astanasında olduğumuzu söyləmək lazım deyil. Amma biz bu nəzəri ehtimaldan qaçmaq üçün kifayət qədər böyük birlik və qruplar saxlamağa məcburuq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!