Ukrayna Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edir

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edir

Dünya

17 İyun 2022 15:43 882


Ukrayna iyulun 1-dən Rusiya Federasiyası vətəndaşlarının ölkəyə girişi üçün viza rejimi tətbiq edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat verib.

O, dövlətimizin milli təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə misli görünməmiş təhdidlərə qarşı mübarizə çərçivəsində Nazirlər Kabinetinə Rusiya vətəndaşlarının Ukrayna ərazisinə girişi rejiminə yenidən baxılması məsələsini işləyib hazırlamağı təklif edib. pizza mizza

Ukrayna prezidentinin sözlərinə görə, bu gün hökumət bu mühüm qərarı - “Ukrayna Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Ukrayna və Rusiya Federasiyası vətəndaşları üçün vizasız gediş-gəliş haqqında Sazişin ləğvi və tətbiqi haqqında” qətnaməni qəbul etməlidir.

"Nazirlər Kabinetinin planlaşdırılan qərarı ilə əlaqədar olaraq, 2022-ci il iyulun 1-dən Ukrayna Rusiya Federasiyası vətəndaşları üçün ölkəyə giriş üçün viza rejimi tətbiq edəcək", - deyə Zelenski vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!