Ukrayna Rusiyanın daha iki zavoduna zərbələr endirdi 

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Rusiyanın daha iki zavoduna zərbələr endirdi 

Dünya

16 Mart 2024 13:30 717


Ukrayna ordusu Rusiyanın enerji obyektlərinə zərbələr endirməyə davam edir. 

Yenisabah.az xəbər verir ki, Rusiyanın Samara vilayətinin qubernatoru Dmitri Azarov Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının "Rosneft" dövlət şirkətinə aid iki neft emalı zavoduna zərbə endirdiyini açıqlayıb.

O, teleqram kanalında yazıb ki, Volqa çayı bölgəsindəki Sızran neft emalı zavodunda yanğın olub, Novokubışev neft emalı zavoduna hücumun qarşısı alınıb.  Sezar pizza

Azarov hər iki zavodun işçilərinin təxliyə edildiyini və tələfatın olmadığını bildirib. 

Hər iki müəssisədə il ərzində 8,8-8,9 milyon ton (65 milyon barel) neft emal edilir. 

Sosial mediada Sizran neft emalı zavodunda baş vermiş böyük yanğının görüntüləri yayılıb. 

Ukrayna son həftələrdə Rusiyanın neft infrastrukturunu ciddi şəkildə hədəfə alıb və Rusiyasının Avropa hissəsindəki neftayırma zavodlarını vurub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!