Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatına üç gün vaxt verdi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatına üç gün vaxt verdi

Siyasət

17 Aprel 2021 21:58 929


Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatını ölkədən çıxarır.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatı aprelin 19-dan etibarən 72 saat ərzində Ukraynanı tərk etməlidir”, - Ukrayna XİN-nin yaydığı məlumatda qeyd olunur. Toyuqlu pizza

Qeyd olunur ki, bu qərar Rusiyanın Ukraynanın Sankt-Peterburqakı konsulunu göndərmək qərarına cavab olaraq qəbul edilib.

Xatırladaq ki, Rusiya hökuməti bu gün Sankt-Peterburqdakı Ukrayna konsulu Aleksandr Sosonyuku ölkədən çıxarmaq barədə qərar qəbul edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Rusiya tərəfi Ukraynanın müvəqqəti işlər vəkili Vasili Pokotiloya müvafiq qərarla bağlı məlumat verib.

Konsul 22 aprelə qədər Rusiya ərazisini tərk etməlidir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!