Ukrayna Rusiyanın sülh təklifini rədd etdi

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Rusiyanın sülh təklifini rədd etdi

Dünya

20 Aprel 2022 16:13 485


Rəsmi Kiyev Moskvanın sülh sənədi layihəsi ilə bağlı açıqlamasına münasibət bildirib.

Yenisabah.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak açıqlama verib.

O, həmin sənədin Ukraynanın təkliflərinə əks mövqedə olduğunu söyləyib. Toyuqlu pizza

"İndi biz həmin sənəddə qeyd olunanları öyrənəcək, müqayisə edəcək və nəticə çıxaracağıq. Biz İstanbul görüşü çərçivəsində qarşı tərəfə öz təkliflərimizi vermişdik. Həmçinin təhlükəsizlik təminatları ilə bağlı tələblərimizi də bildirmişdik”, - o bildirib.

Qeyd edək ki, bu gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya tərəfinin Kiyevə sülh sənədi layihəsini təklif etdiyini və cavab gözlədiyini açıqlayıb.\Report 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!