“Rusiya qışda Ukraynanın enerji sistemini atəşə tutsa, Ukrayna Rusiyanın neft və qaz infrastrukturuna hücum edə bilər”.
Yenisabah.az “Politico”ya istinadla xəbər verir ki, bu sözləri Ukraynanın energetika naziri German Qaluşenko müsahibəsində bildirib.
O qeyd edib ki, Rusiya Ukraynanın elektrik şəbəkəsinə kiberhücumlar həyata keçirir və havalar soyuduqca, fiziki hücumları gücləndirəcəyi gözlənilir. Dominos pizza
Ukraynanın iqtisadiyyatının ən böyük mühərriki olan Rusiya Federasiyasının neft-qaz infrastrukturuna hücum edərək bu cür hücumlara “cavab verəcəyi” sualına nazir belə cavab verib:
“Rusiya hücumuna cavab verərkən biz də eyni yanaşma ilə onların enerji infrastrukturuna hücum edəcəyik. Bu ədalətli olardı”.
Telegram kanalımız