Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsi aparıldı

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsi aparıldı

Dünya

18 İyun 2022 19:48 969


Ukrayna rusiyalı hərbçilər tərəfindən əsir götürülən beş vətəndaşını azad edə bilib.

Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Bu gün Əsirlərin Mübadiləsi üzrə Koordinasiya Qərargahı beşə-beş formuluna əsasən növbəti mübadilə həyata keçirib. Beş Ukrayna vətəndaşı vətənə qayıdıb. Sərbəst buraxılanların hamısı işğalçı qüvvələr tərəfindən qanunsuz olaraq saxlanılan mülki şəxslərdir”, - deyə məlumatda bildirilib. pizza sifarişi

Qeyd olunub kiəsirlərdən üçü Kiyev vilayətinin Qostomel şəhərinin Rusiya hərbçiləri tərəfindən işğalı zamanı əsir götürülüb.

Baş Kəşfiyyat İdarəsi əsirlərin dəyişdirilməsi ilə yanaşı, bəzi ölən ukraynalı hərbçilərin cəsədlərini də geri qaytarmağa nail olub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!